"Ögey ana" serialının aktrisası yaralandı

"Ögey ana" serialının aktrisası yaralandı
5442 dəfə oxunub
  • A-
  • A
  • A+

Yuğ Teatrının aktrisası, "Ögey ana" serialında Ülkər obrazında çəkilən aktrisa Ləman Novruzova çəkiliş meydançasında xəsarət alıb.

Axşam.az Milli.az-a istinadən xəbər verir ki, hadisə elə "Ögey ana" serialının çəkilişində baş verib.

Aktrisa bu haqda belə danışıb:

"Çəkildiyim səhnədə evdən qaça-qaça dərman götürməli idim. Həmin vaxt barmağımı pilləkənlərdə bərk əzdim və qanamağa başladı. Həmin dərman elə özümə lazım oldu. İlkin tibbi yardım ediləndən sonra ayağa qalxdım. Çəkilişləri dayandırmadıq, çünki iş prosesimiz, onsuz da, gərgindir. İstəmədim mənə görə çəkilişimiz ləngisin. Elə bu cür də oynadım. Bütün aktyor heyəti, rejissorumuz mənə görə narahat idi. Şükür indi hər şey yaxşıdır. Hətta teatrımızda açılış tamaşasını da zədəli ayağımla oynadım".