Tom Kruz iki nəfərin ölümündə günahlandırılır

Tom Kruz iki nəfərin ölümündə günahlandırılır
1428 dəfə oxunub
  • A-
  • A
  • A+

Hollivud aktyoru Tom Kruz “Amerika istehsalı” adlı filmin çəkilişləri zamanı vəfat edən iki pilotun ölümündə günahlandırılır.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, çəkilişdə dublyor kimi iştirak edən 3 pilot helikopteri qayaya çırpıb və onlardan ikisi hadisə yerindəcə dünyasını dəyişib. Digər biri isə ömürlük əlil arabasına məhkum olunub.

Ölən pilotların valideynləri bildiriblər ki, filmin rejissoru onları fasilə vermədən işlədib. Ona görə də yorğun olan pilotlar idarəetməni itiriblər. Tom isə həmişə bu mövzuda rejissorun tərəfini saxladığı üçün valideynlər onu da övladlarının ölümündə günahkar sayırlar.

Bildirilir ki, Kruz adı çəkilən insidentlə bağlı məhkəmədə iştirak edəcək. Lakin onun şahid və ya məhkum kimi sorğu-sual olunacağı bəlli deyil.

Qeyd edək ki, analoji hadisə 1985-ci ildə də baş verib. Tomun çəkildiyi “Ən yaxşı atış” filmində dublyor pilot təyyarəni düzgün idarə edə bilmədiyindən Sakir okeana düşmüş və ölmüşdü.