Aygün "Altın Kelebek"dən imtina etdi

Aygün "Altın Kelebek"dən imtina etdi
3074 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Aygün Kazımova "Altın Kelebek Ödülleri 2017"də iştirakdən imtina edib.

Axşam.az-ın məlumatına görə, bu haqda müğənninin prodüseri Şahin Qurbanov xəbər yayıb.

O bildirib ki, buna səbəb A.Kazımovanın işlərinin çox olmasıdır:

"Bizim qrafikimiz ilin əvvəlindən müəyyənləşib. 8 ay "Crystal hall" konsertinə hazırlıq gedib. Sentyabrda möhtəşəm konsert baş tutdu. Noyabrda olacaq "Daf Bama" mərasimi üçün hazırlıq gedir. Bu mükafatlandırma mərasimində də Aygün xanım Azərbaycanı təmsil edəcək. Hazırda müğənninin heç istirahətə vaxtı yoxdur.

"Altın Kelebek" mükafatlandırması isə dekabrda olacaq. Həmin tarixə də imzalanmış müqavilələrimiz, eyni zamanda Həmrəylik Günü və Yeni İllə əlaqədar bir sıra çıxışlarımız  var. Bu səbəbdən təklifi geri çevirməli olduq. Çox istərdik bu mükafatlandırma mərasimində istirak edək. Azərbaycanı hansı sənətçimiz təmsil edəcəksə, ona uğur arzu edirik".

Xatırladaq ki, Aygün Kazımova 2012-ci ildə Türkiyədə təşkil olunan "Altın Kelebek" mükafatlandırma mərasimində iştirak edib.