Talıb Talenin evi təəccübləndirdi

Talıb Talenin evi təəccübləndirdi
39329 dəfə oxunub
  • A-
  • A
  • A+

“Maşın” realiti-şousunun yaradıcı heyəti müğənni Talıb Talenin evində çəkiliş edib.

Axşam.az-ın məlumatına görə, oyunda finala qalan sənətçinin atasının yaşadığı Göygöldəki mənzil hər kəsi təəccübləndirib. Talıbım uçuq-sökük daxması sosial şəbəkələrdə də müzakirə olunub.

Sənətçinin atası Ələsgər Ələsgərov oğlu ilə bağlı fikirlərini bölüşüb:

“Talıb Aşıq Ələsgərin kötücəsidir. Universitetdə oxuyandan sonra Taleh soyadını götürüb. Bu soyadı ona Anar Nağılbaz verib. Talıbı şouda təkləmişdilər. Onun çıxışlarında bəzən çox kövrəldim. İndi də həyəcanlanıram”.

Talıbın ögey anası Validə Bağırova ifaçıdan danışarkən kövrəlib:

“Burada əsas maşın deyil. Önəmli olanTalıbın mərd dayanmasıdır. Heç kimə zərbə vurmadı, tamaşaçı da bunu gördü. Axşam bacısı da atasına zəng vurdu, onu şouda qaldığına görə təbrik etdi. İkisi də ağladı. Həqiqətən də adam kövrəlir. Elə bilirəm Talıb öz oğlumdur”.

Talıb isə atasına səslənərək, həyəcanlanmamasını istəyib:

“Ata, oğlunla fəxr edə bilərsən. Çox təəssüf, anam bu günləri görə bilmədi. Amma hər şey yaxşıdır. 1988-ci ildə Ermənistandan qaçqın düşmüşük. Mənim uşaqlığım o evdə keçib. Universitetə daxil olandan sonra Bakıda yaşayıram.

Atamın səhhətində problem var, dializ xəstəsidir”.

Qeyd edək ki, şounun finalına Xatun Əliyeva və talıb qalmışdı. Bu gün səhər saatlarında isə iştirakçılardan biri əlini maşından götürüb.