Bu ilin ən dəbli hicab geyimləri

Bu ilin ən dəbli hicab geyimləri
52500 dəfə oxunub
  • A-
  • A
  • A+

Hicaba olan marağın artması dizaynerləri də bu istiqamətdə fərqli ideyalar hazırlamağa vadar edir.

Axşam.az-ın verdiyi məlumata görə, dəb mütəxəssisləri bu il hicab geyimlərində də yeniliklərin olacağını vəd edir.
Qış aylarında hicablı xanımların əsas rəng brendləri mavi, tutqun sarı və boz olacaq. Boz rəngdə olan üst geyimini tutqun sarı rəngdə şalvarla geyinmək tövsiyə edilir. Belə üst geyimlərini jaketlə də geyinə bilərsiniz. İri, qızılı rəngdə olan düymələr isə bu cür jaketlərə xüsusi görünüş verəcək.
Yaz aylarında isə kətandan hazırlanan geyimlər hicablı xanımların diqqətini cəlb edəcək. Bu fəslin rəngləri isə sarı, çəhrayı, açıq mavi olacaq.
Hicablı geyimlər sırasında köynəklər də dizaynerlərin diqqətindən kənarda qalmayıb. Biləklərə doğru genişlənən köynək qollarının bilək hissələrinə vurulan bağlar sizə daha gözəl görünüş bəxş edəcək. Qarışıq rənglərdən və naxışlardan ibarət olan şərflər isə xanımlara füsunkar görünüş vəd edir. Siz də naxışlı baş örtüyünü sevirsinizsə o zaman daha sadə bir geyimə üstünülük verin.

Nigar MƏHƏRRƏM