Məşhur müğənni Rihanna gündəlik həyatda ən dəbli geyinən ulduzlar sırasındadır.
Axşam.az Rusiya mətbuatına istinadən xəbər verir ki, ifaçı Nyu-Yorkda paparatsilərin hədəfinə tuş gəlib.
Yaxın dostlarından birinin ad gününə gedən Rihanna maraqlı obrazı ilə diqqət çəkib. Ağ rəngli libası və çəkmə-corabı ilə müğənni olduqca cazibədar görünüb. Məşhur qadın jurnalları Rihannanın 2014-cü ilin dəbini gətirdiyini yazıb.