Koreyalı musiqiçi Bakıda çıxış edib

Koreyalı musiqiçi Bakıda çıxış edib
961 dəfə oxunub
  • A-
  • A
  • A+

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında tanınmış pianoçu Eldəniz Ələkbərzadə və Koreyanın məşhur violonçel ifaçısı Jiyun Yoo konsert proqramı ilə çıxış edib.

Axşam.az  xəbər verir ki, konsert Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Filarmoniyanın təşkilatçılığı ilə reallaşıb. Konsertin solistlərini Xalq Artisti Yalçın Adıgözəlovun bədii rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edib.

Musiqili gecədə xarici ölkə bəstəkarlarının əsərləri ifa olunub. Bir-birindən maraqlı kompozisiyaların səsləndirildiyi konsert maraqla qarşılanıb.