"Sənət dostlarıma dəvətnamə verməyəcəm"

"Sənət dostlarıma dəvətnamə verməyəcəm"
3044 dəfə oxunub
  • A-
  • A
  • A+

“Tamamilə klassik üslubda bir konsert olacaq. Bu, mənim uşaqlıq arzum idi. İfaçılığa başlayanda klassik musiqilərə qulaq asırdım. Mən həmin mahnıları sevərək, bu sənətə gəlmişəm”.

Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Zamiq Hüseynov “Virtual həyat” proqramında deyib.

Noyabrın 20-də solo konserti baş tutacaq sənətçi çox ciddi bir tədbir hazırladığını söyləyib:

“Bu konsertimdə nə oynamaq var, nə artıq danışmaq var, nə səhnədə mikrofonu əlinə alıb harasa dönmək var. Klassik bir mikrofon, sən də dayanıb həmin mikrofonun qarşısında mahnılarını ifa edirsən.

Sənət yoldaşlarım inciməsinlər, heç kimə dəvətnamə verilməyib”.