Çin bu məşhurlara viza vermədi - fotolar

Çin bu məşhurlara viza vermədi - fotolar
2388 dəfə oxunub
  • A-
  • A
  • A+
Noyabrın 20-də Çinin Şanxay şəhərində ilin ən çox gözlənilən moda tədbirlərindən biri- “Victoria’s Secret” brendinin yeni kolleksiyasının nümayişi olacaq.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, Çin iki məşhurun ölkəyə gəlməyinə icazə verməyib.

Belə ki, bütün “mələk”lər və tanınmış simalar Çinə viza ala bilsələr də, “İlin qadını” olan Cici Hadid və müğənni Keti Peri möhtəşəm şou podyumunda görünməyəcək.

Buna səbəb Cicinin 9 ay əvvəl sosial şəbəkələrdə buddist dinini təhqir etdiyi videonu yerləşdirməsi olub. Belə ki, o, 9 saniyəlik videoda Budda formasında olan peçenyenin dadına baxıb və Buddanın ağzını əyib.



Keti isə 2015-ci ildə Tayvandda keçirilən konsertdə sinəsində günəbaxan olan libasda səhnəyə çıxıb. Bunu isə Çin hakimiyyəti təxribat kimi dəyərləndirə bilərdi. Çünki çıxışdan bir il öncə günəbaxan Çin Xalq Respublikasına qarşı çıxan tələbələrin etiraz simvolu olmuşdu.