Milli Qəhrəmanlar haqda filmlər göstəriləcək

Milli Qəhrəmanlar haqda filmlər göstəriləcək
1025 dəfə oxunub
  • A-
  • A
  • A+
20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümü ilə əlaqədar yanvarın 15-dən 19-dək Milli Qəhrəmanlara həsr olunan sənədli filmlər nümayiş olunacaq.

Bu barədə "Report"a Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Filmlərin nümayişi Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin və Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin birgə təşkilatçılığı ilə idarənin tabeliyində olan mədəniyyət müəssisələrində baş tutacaq.

Milli Qəhrəmanlar Elman Hüseynov, Salatın Əsgərova, Oqtay Güləliyev, Pəhləvan Fərzəliyev, Nadir Əliyev, Yusif Əliyev, Eldar Məcidov, Fəxrəddin Musayev, Etibar İsmayılov, Allahverdi Bağırov, Ənvər Fərəcov, Mübariz İbrahimov, Muxtar Qasımov, Əliyar Əliyev, Elman Hüseynov, Ramiz Qəmbərov, Cavanşir Rəhimov, Yavər Əliyev və Aqil Quliyevə həsr olunan “Vətən əsgəri”, “23 dəqiqə”, “Laçın qatarı”, “Şərəfli ömrün manifesti”, “Azadlığa gedən yol”, “Vətən sevgisi”, “Vətənə bağışlanan ömür”, “Ürəklərdə yaşayan qəhrəman”, “Qartaltək Vətənin keşiyində”, “Vətənə etibarlı oğul”, “Qartal qamətli qəhrəman”, “Vətənə dönənim”, “Mübarizlik zirvəsi” “Pəhləvan komandir”, “İlk komandir”, “Şuşalı şəhid”, “Cavanşir”, “Sonuncu uçuş” və “Vətən sağ olsun” filmləridir.

Qeyd edək ki, filmlərin nümayişi Bakı şəhərinin müxtəlif mədəniyyət ocaqlarında yanvarın 19-dək davam edəcək.