Buse ilə sevgili olan Alişan qorxusunu dilə gətirdi

Buse ilə sevgili olan Alişan qorxusunu dilə gətirdi
3270 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Alişan sevgilisi Buse Varolla İstinyeparkda görüntülənib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, xoşbəxt görünən cütlük gələcək planlarından danışıb.

Alişan hər şeyin yaxşı getdiyini, valideynlərin bir-biri ilə tanış olduğunu deyib və nəzərdən qorxduğunu bildirib.

O, "2018-ci ildə toy olacaqmı" sualına belə cavab verib:

"Allah bilir. Biz də istəyirik. Hələ ki, hər şey yolunda gedir. Amma nəzərdən qorxuram. Hamı "Maşallah" desin, göz dəyməsin".