"1 milyon versələr də qadın paltarı geyinmərəm" - Fərda

"1 milyon versələr də qadın paltarı geyinmərəm" -  Fərda
1705 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktyor Fərda Xudaverdiyev “5/5” verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, yumor ustası aparıcı Zaur Kamalın “Xanım obrazı yaratmısan” sualına belə cavab verib:

“Yox... Heç vaxt xanım obrazında oynamaram. 2003-cü ildə bu sözü demişəm. Amma oynayanlara pis baxmıram. Oynasam hamısını ötərəm. 1 milyon versələr də qadın paltarı geyinmərəm. Geyinsəm nakişiyəm. Əgər mən o paltarla güldürəcəmsə, sənətdən gedim da”.