"Anam mənə inanmırdı" - Niyam

"Anam mənə inanmırdı" -  Niyam
1480 dəfə oxunub
  • A-
  • A
  • A+

"Samirlə birlikdə restoran açırıq. Orada milli yeməklər, milli və dünya musiqiləri olacaq. Həftədə bir dəfə səhnə alacayıq. Buradan müğənnilər də aparacam".

Axşam.az-ın məlumatına görə, bu sözləri "Günə son" verilişinə açıqlaması zamanı müğənni Niyam Salami deyib.

O, Türkiyədə yeni açacağı restorandan danışarkən ailə üzvlərinin buna qarşı çıxdığını bildirib:

"Evdə çox narazılıq oldu. Anam mənə inanmırdı. Gözündən uzağa qoymaq istəmirdi. Ona söz verdim ki, birdəfəlik getmirəm. Noyabrda Azərbaycanda solo konsert verəcəm. Restoranın dizaynını Samir mənə həvalə edib".