48 yaşlı aktrisa görünüşü ilə heyran etdi - fotolar

48 yaşlı aktrisa görünüşü ilə heyran etdi - fotolar
4182 dəfə oxunub
  • A-
  • A
  • A+

48 yaşlı aktrisa Ketrin Zeta Cons ötən gün 3 müxtəlif obrazda görüntülənib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, yaşına rəğmən həmişə dəbli geyinən aktrisa səhər "Sabahın xeyir, Amerika" ("Good Morning America") adlı proqrama qatılıb. O, veriliş üçün sinə dekolteli qırmızı libasa üstünlük verib.

Daha sonra radioya yollanan Ketrin dizayner Qreta Konstantinə məxsus mavi libas geyinib. Küçədə paparazzilərə tuş gələn aktrisa paltarın üstündən geyindiyi qara rəngli palto və gün eynəyi ilə göz oxşayıb.

Elə həmin gün şoulardan birinin qonağı olan Cons geyimi və görünüşü ilə yenə heyran edib. O, bu dəfə tünd göy rəngdə kombinizon geyinib.

Qeyd edək ki, 47 yaşlı Ketrin 72 yaşlı aktyor Maykl Duqlasla ailəlidir. İki uşağı olan cütlüyün ayrıldığı barədə illərdir xəbərlər yayılsa da, rəsmi təsdiqini tapmayıb.