Ərəb qadınlar ilk dəfə moda həftəsinə hazırlaşır - Fotolar

Ərəb qadınlar ilk dəfə moda həftəsinə hazırlaşır - Fotolar
1916 dəfə oxunub
  • A-
  • A
  • A+
Səudiyyə Ərəbistanında iqtisadi islahatlar çərçivəsində “2030 vizyonu” adlı açılış mərasimi keçirilib.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, bu münasibətlə Ər-Riyadda ilk dəfə Ərəb Moda Həftəsi təşkil ediləcək. Kameraların buraxılmadığı ilkin hazırlıq mərhələsinə sadəcə qadınlar qatılıb. Dörd gün sonra baş tutacaq moda həftəsinə Jean Paul Gaultier və Roberto Cavalli kimi dünyaşöhrətli dizaynerlər qatılacaq. Dəb həftəsinə Səudiyyə şahzadəsi Noura bin Faysal əl-Suud ev sahibliyi edir. O, açıqlamasında moda sənayesini inkişaf etdirərək büdcəyə fayda verməyi hədəf seçdiklərini deyib.

Xatırladaq ki, Səudiyyə qadınları ötən ilin iyunundan avtomobil idarə etmək hüququ da qazanıblar.