Məşhur rejissor vəfat etdi

Məşhur rejissor vəfat etdi
673 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünya şöhrətli rejissor, Oskar mükafatı laureatı Miloş Forman ölüb.

Axşam.az-ın APA-ya istinadən məlumatına görə, bu barədə Çexiya mətbuatı xəbər yayıb. Onun ölüm səbəbi açıqlanmır.

M.Forman 1932-ci ildə anadan olub. Sovet qoşunlarının Çexoslovakiyaya müdaxiləsindən sonra Fransaya mühacirət edib. Daha sonra isə ABŞ-a köçüb. M. Forman Praqa İncəsənət Akademiyasının kino fakültəsinin məzunudur. 1950-ci illərin ortalarında həm ssenarist kimi işləyib, həm də məşhur “Laterna Maqika”da ilk proqramların hazırlanmasında iştirak edib. 1963-ci ildə “Müsabiqə” adlı sənədli filmi ilə kino sənətində debüt edib.