Bu yaz qarderobunuzda gərəkən 8 dəbli əşya

Bu yaz qarderobunuzda gərəkən 8 dəbli əşya
2288 dəfə oxunub
  • A-
  • A
  • A+

Hər yeni mövsüm gələndə xanımlar ilk olaraq qarderoblarını dəyişməyi arzulayırlar. Həm yaraşanı geyinmək, həm də dəblə ayaqlaşmaq asan deyil.

Axşam.az xarici KİV-ə istinadən yaz qarderobunuzda yer alması gərəkən 10 dəbli əşyanı təqdim edir:

Beldən asılan çanta

Bu yaz ən dəbli çanta növləri məhz bunlardır. Onunla həm rahat olacaq, həm də dəbli görünəcəksiniz.



Enli mavi cins

Hər bir xanımın qarderobunda ən az bir ədəd cins şalvarı var. Yazda isə dar, yapışan şalvarları unudun və onları enli bu cür cinslə əvəzləyin. Hər cür kofta ilə geyinmək üçün tünd rəng şalvar seçə bilərsiniz.



Ağ krasovkalar

Bunun rahatlığını heç bir ayaqqabı əvəzləyə bilməz. Buna görə də mütləq qarderobunuza bir ədəd ağ idman ayaqqabısı daxil edin. İstirahət günləri sizə çox lazım olacaq. 



Mühli stilli ayaqqabı

İdman ayaqqabısını sevməyənlər mühli stilinə üstünlük verə bilərlər. onlar həm rahat, həm də dəblidir. Bunu eyni zamanda klassik libasla da geyinə bilərsiniz.



Bej rəngli frenç

Klassik geyimləri sevən xanımlar mütləq qarderoblarına bu cür plaş daxil etsinlər. Belə frençlər xanımları daha səliqəli göstərir.



Çimərlik geyimi

Dənizi sevənlər mütləq bu cür çimərlik geyimi alsınlar. Bu cür geyim həm də bədən quruluşundan narazı olanlar üçündür. 



Güllü print paltar

Bu paltar yaz qarderobunun ən önəmli seçimidir. Onu həm kokteylə, həm özəl dəvətə, həm də idman stilli ayaqqabı ilə gəzintiyə geyinə bilərsiniz.



Rəngli çərçivəli eynəklər

Yəqin ki, yaz gələn kimi eynəkdən istifadə edirsiniz. Bu yaz mütləq rəngli çərçivəsi olan, 1990-cı illəri xatırladan eynək alın.