Bu gün tarixi abidələri ziyarət pulsuzdur

Bu gün tarixi abidələri ziyarət pulsuzdur
405 dəfə oxunub
  • A-
  • A
  • A+
Dünyada aprelin 18-i Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur.

Axşam.az "Report"a istinadən xəbər verir ki, bu əlamətdar gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (İKOMOS) təklifi üzrə insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltmək məqsədi ilə YUNESKO tərəfindən 1983-cü ildə təsis olunub.

Beynəlxalq səviyyədə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilk dəfə 1984-cü ilin bu günündə qeyd edilib.

Azərbaycan YUNESKO-nun Dünya İrs Mərkəzi ilə yaxından əməkdaşlıq edir və bunun sayəsində Şirvanşahlar Sarayı və Qız Qalası ilə birlikdə Bakının tarixi mərkəzi (İçərişəhər), eləcə də Qobustan mədəni-tarixi qoruğu Dünya İrs Siyahısına daxil edilib.

Hazırda Azərbaycanda 24 tarixi-memarlıq, tarixi-arxeoloji, tarixi-mədəni və tarixi-etnoqrafik qoruq var.