Gənc Tamaşaçılar Teatrı Makedoniyaya səfər edəcək

Gənc Tamaşaçılar Teatrı Makedoniyaya səfər edəcək
205 dəfə oxunub
  • A-
  • A
  • A+
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi Makedoniyada keçirilən “XX Beynəlxalq Monodram” festivalında iştirak edəcək.

Teatrın mətbuat xidmətindən Axşam.az-a verilən məlumata görə, festival mayın 10-dan 16-dək Bitola şəhərində keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə reallaşacaq sözügedən festivalda xalq artisti Cənnət Səlimovanın quruluş verdiyi Patrik Züskindin “Kontrabas” əsəri nümayiş olunacaq. Tamaşada əməkdar artist Şövqi Hüseynov çıxış edir. Festival çərçivəsində dünyanın bir sıra teatr mütəxəssisinin rəhbərliyi ilə ustad dərsləri, treninqlər, səhnə döyüşü və texnikası məşğələləri də təşkil olunacaq.