Məşhur mahnıların bəstəkarı saxlanılaraq Bakıya gətirildi

Məşhur mahnıların bəstəkarı saxlanılaraq Bakıya gətirildi
8460 dəfə oxunub
  • A-
  • A
  • A+
Bir neçə ildir ki, Almaniyada yaşayan keçmiş deputat və biznesmen, “Quska” ləqəbli Hüseyn Abdullayev həbs edilərək Azərbaycana gətirilib.

Axşam.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya məlumat daxil olub.

Məlumata görə, Azərbaycanda vergi cinayətlərində ittiham olunaraq beynəlxalq axtarışa verilən Abdullayev ötən gün Türkiyədə olarkən saxlanılıb.

O bu gün təyyarə ilə Azərbaycana gətirilib və istintaqa təhvil verilib.

Xatırladaq ki, H. Abdullayev bir neçə ildir ki Almaniyada siyasi sığınacaq almışdı və orada yaşayırdı.

Axşam.az həmçinin qeyd edir ki, H.Abdullayev indiyədək bəstəkarlıq fəaliyyəti ilə də tanınıb. O, Röyanın ifa etdiyi “Sənə görə”, “Dön gəl”, “Xatirələr, “Şeron” qrupunun “Mümkün deyil”, “Bu da keçər” və digər məşhur mahnıların müəllifidir.