Gənc qalmaq üçün bu qidalardan istifadə edin

Gənc qalmaq üçün bu qidalardan istifadə edin
2201 dəfə oxunub
  • A-
  • A
  • A+
Doğru qidalanın, gənc görünüşə sahib olun - əslində bu qədər bəsitdir.

Axşam.az xarici mediaya istinadən cavan qalmaq üçün yeməli olduğunuz qidaların siyahısını təqdim edir.

Nar – C vitamini ilə zəngindir. Bu isə dəri qırışlarına qarşı effektiv vasitədir.
 
Qara gavalı – tərkibində xeyli miqdarda antioksidlər olduğu üçün dərini günəş şüalarının mənfi təsirlərindən qoruyur, stressdən müdafiə edir.

Kələm və ispanaq – bu bitkilər cildin elastikliyini artıran beta-karoten və lutein mineralları ilə zəngindir.

Balıq – görmə qabiliyyətini yaxşılaşdırmaqla yanaşı, dərini zədələnmiş hüceyrələrdən təmizləyir.
 
Yaşıl çay – gündə bir dəfə içmək dəridəki qəhvəyi ləkələri yox etmək üçün əla vasitədir.

Qarpız – yağlı dəri üçün inanılmaz vasitədir. Dəridə nəmliliyi tənzimləyir.

Zeytun yağı – Tərkibindəki Omega 3 dərinin parlaq və elastik olmasını təmin edir.