Dünyanın ən yaşlı insanı öldü

Dünyanın ən yaşlı insanı öldü
802 dəfə oxunub
  • A-
  • A
  • A+
Dünyanın ən yaşlı sakini Nabi Tajima 117 yaşında vəfat edib.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, Yaponiyanın Kaqoşima əyalətinin Kikai qəsəbəsində yaşayan Tajima yanvardan etibarən xəstəxanada müalicə olunurdu.

Bir qədər əvvəl yamaykalı Violet Braunun 117 yaşında vəfatından sonra “Dünyanın ən yaşlı insanı” ünvanını qazanan Tajima 1900-cü il, avqustun 4-də doğulub. Tajimanın ölümündən sonra isə bu ünvan 116 yaşlı yapon qadın Çiyo Yoşidaya keçib.