"İkinci İlhamə Quliyeva gəlir, ehtiyatlı olun"

"İkinci İlhamə Quliyeva gəlir, ehtiyatlı olun"
4183 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Samir Piriyev “ATV maqazin onlarla” verilişinin “Hit-parad” rubrikasının qonağı olub.

Axşam.az-ın məlumatına görə, sənətçi yaxın dostu Natavan Həbibi haqda qalmaqallı açıqlama verib.

O, Natavanın “Sevgi bizi yola verdi” mahnısını onluqda ikinci etsə də, sənətçinin özünün ünvanına sərt sözlər deyib:

“Buğa bürcündəndir, dəhşətdir. Natavan idarəçidir. Biz "Aypara"da işləyəndə də belə idi. Hamı onunla məsləhətləşirdi. Aləmi bir-brinə vururdu. Ağbirçəklik edib, ana obrazı yaradırdı. Deyirdi, gəlin mənlə məsləhətləşin. Natavanı kənardan müşayiət edirəm. İlhamə Quliyevanın məktəbini görüb. İkinci İlhamə Quliyeva gəlir, ehtiyatlı olun. Kiminlə işin olursa-olsun, mənimlə olmasın”.