İzzət müğənnilərə "göbələk" dedi

İzzət müğənnilərə "göbələk" dedi
629 dəfə oxunub
  • A-
  • A
  • A+

"Məni ən çox qıcıqlandıran oxuya bilməyənlərin sənətə gəlməsidir. Çoxdur elə müğənnilər. Not tanımırlar. Çoxunun adını da bilmirəm".

Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni İzzət Bağırov ARB TV-nin “Boş anlar” proqramında deyib. Sənətçi yeni çıxan müğənniləri göbələyə bənzədib:

"Yağışdan sonra çıxan göbələklər kimi gündə 100 müğənni çıxır. Elə bayağı mahnılar var ki, bir də görürsən gəlib tutur. Baxış sayı bəlkə də ona görə artıqdır ki, kimsə deyib, filankəsin mahnısı nə gündədir, bir dənə ona bax. Bəlkə də pis olduqlarına görə baxış sayı çoxdur”.