ATV-nin aparıcıları arasında qalmaqal - Şou bitsə də, dava bitmir

ATV-nin aparıcıları arasında qalmaqal -  Şou bitsə də, dava bitmir
3347 dəfə oxunub
  • A-
  • A
  • A+

“Maşın” realiti-şousu bitsə də, iştirakçılar arasındakı qalmaqal davam edir.

Axşam.az-ın məlumatına görə, ATV-nin iki aparıcısı İlhamə Bədəlova ilə Aytən Səfərova arasındakı söz savaşı sosial şəbəkədə müzakirələrə səbəb olub.

A.Səfərova xəstəxanada olan həmkarı Hacı Nuran Hüseynovun fotosunu paylaşaraq, onunla şəkil çəkdirənləri qınayıb:

“Hacı, yastığın yüngül, canın sağlam olsun. Qoy, şəkil çəkdirənlər gəlib-getsin. Sən də Almaniyadan sağ-salamat qayıt, bacın da gəlib sənə baş çəkər”.

Aytənin bu hərəkətinə əsəbiləşən İlahmə öz profilində ona cavab verib:

“Aytən Səfərova, xəstələrin ziyarətinə getmək Peyğəmbərimizin (s) əxlaqındadır və dinimizin ən mühüm ibadətlərindən biridir. Siz də bilirsiz ki, xəstənin həmişə gözü yolda olar və özünü kimsəsiz hiss edər. "Baxıram... sanki əsas şəkil çəkdirməkdir e, sən yox..." sözünüzü elə özünüzə geri qaytarıram. Ziyarətə gedənlər hamısı məşhur insanlardır, heç kim nə dəvətlə gəlib, nə də ki, əvəz gözləmir! Çəkilən videolar, şəkillər və oxunan mahnılar da Hacı Nuranın istəyi ilədir. Xoşniyyətli olduğunuzu göstərin, bu çıxışlarınızı heç kim bəyənmir. Bacı xəstə yatan qardaşın başı üstündə durandır. Bacı olsaydınız, gələrdiniz. Allah dostumuza şəfa versin”.

Aytən isə qarşı tərəfə "Əsis Peyğəmbərimiz belə işləri reklamsız, aləmə car çəkmədən bəyənərdi. Xəstələrin ziyarət edilməsi Peyğəmbər əxlaqındandırsa, bunun aləmə car çəkilməməsi ikiqat Peyğəmbər və imanlı əxlaqındandır" cavabını verib.

Qeyd edək ki, "Maşın" şou zamanı da İlhamə ilə Aytən arasında dəfələrlə qalmaqal yaşanmışdı.