Azərbaycan “Junior Eurovision”da

Azərbaycan “Junior Eurovision”da
507 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan qısa fasilədən sonra yenidən “Avroviziya” uşaq mahnı müsabiqəsinə qayıdır.

Müsabiqənin mətbuat xidmətindən Axşam.az-a verilən məlumata görə, noyabrın 25-də Minsk şəhərində keçiriləcək “Avroviziya-2018” uşaq mahnı müsabiqəsində iştirak edəcəyini rəsmi şəkildə təsdiq edən ölkələrin sayı 19-a çatıb. Azərbaycanla yanaşı, Albaniya, Avstraliya, Belarus, Fransa, Gürcüstan, İtaliya, İsrail, Qazaxıstan, Portuqaliya, Polşa, İrlandiya , Serbiya, Rusiya və digər ölkələr müsabiqədə iştirak edəcəklər.

Mahnı müsabiqəsi 15 min tamaşaçı yeri olan “Minsk Arena”da baş tutacaq.

Azərbaycanı təmsil edəcək iştirakçının adı yaxın vaxtlarda müəyyən olunacaq.