Türkiyədə konsert verəcək müğənninin istəkləri təəccübləndirdi

Türkiyədə konsert verəcək müğənninin istəkləri təəccübləndirdi
3593 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünya şöhrətli müğənni Dua Lipa Türkiyədə konsert verəcək.

Axşam.az-ın "Haberler"ə istinadən məlumatına görə, Antalyada konsert proqramı ilə çıxış edəcək ifaçının kulis üçün istəkləri hər kəsi şoka salıb.

Lipa komandası ilə birlikdə qalacağı və gecəliyi 15 min dollar olan oteldə ət dönəri, ayran, təzə kökə və acı şokoladın olmasını istəyib. Bundan başqa, Dua qaldığı otaqda 50 əl və 50 hamam dəsmalı, həmçinin, otağın hər yerinə ayna qoyulmasını tələb edib.

Səhnənin işıqlandırmasında qətiyyən ağ işıq istəmədiyini bildirən müğənni məkanda təzə çiçəklər olmasını da bildirib.