Əməkdar artist Vasif Məhərrəmli yeni ev almaq istəyir.
Axşam.az-ın məlumatına görə, sənətçi bu haqda “Ulduzlu yayım” verilişində deyib. Müğənni bildirib ki, Qusarda ev tikdirməyi arzulayır:
“Ən böyük arzum Qusarda ev almaqdır. Ev tikmək üçün 6 sot mənə bəs edər. İstəyirəm buradan torpaq alım”.
Vasifin torpaq almaq üçün yaxınlaşdığı şəxs ona sotun 3 min manat olduğunu deyib. Məhərrəmli isə “6 sot torpaq 18 min manat edir. Nədir ki bu, yaxşıdır” cavabını verib.