"Səhnədə ayağım sındı" - Əməkdar artist

"Səhnədə ayağım sındı" -  Əməkdar artist
1873 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Əkbər Əlizadə səhnədə başına gələn haisədən danışıb.

Axşam.az-ın məlumatına görə, aktyor “10-dan sonra” verilişində bildirib ki, tamaşa zamanı ayağı sınıb:

“Qısqanc ürəklər" tamaşasının sonuncu səhnəsində sağdan sola qaçmalı idim. Ortadakı dairə hər təfə fırlanırdı. Bu dəfə fırlanıb qabardı, tarazlıq pozuldu. Qaçanda isə ayağım necə dəydisə yıxıldım. Həmin an ağrı hiss etmədim. Tamaşadan sonra ayağım şişdi, güclü ağrı başladı. Getdim xəstəxanaya, ayağım sınmışdı. Bir ay gipsdə qaldı, əsa ilə gəzdim.

Hətta ondan sonrakı tamaşaya biletlər satılmışdı. "Mən dəyərəm min cavana" tamaşasında mütləq səhnəyə çıxmalıydım. Gipsli ayaqla, əsada çıxdım səhnəyə”.