Ayrılığa 2 ay dözdülər

Ayrılığa 2 ay dözdülər
2539 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktyor sevgililər Büşra Develi və Burak Denizin ayrılığı iki ay çəkdi.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qısqanclıq ucbatından iki ay əvvəl ayrılan cütlük yenidən barışıb.

Büşra və Burak barışdıqdan sonra Marmarisə tətilə yollanıb. Onlar eşqlərinə yeni bir səhifədən davam etmək qərarına gəliblər.

Bir müddət əvvəl kafedə dostları tərəfindən bir araya gətirilən aktyorlar cəhdlərə baxmayaraq barışmamışdı. 

Qeyd edək ki, iyunda Burak Denizin rol aldığı serialın mövsüm finalı üçün təşkil olunan gecədə cütlük dava etmişdi. Həmin hadisədən sonra Develi sevgilisindən ayrılmışdı.