Vahabzadənin ev-muzeyinin açılışı olacaq

Vahabzadənin ev-muzeyinin açılışı olacaq
1001 dəfə oxunub
  • A-
  • A
  • A+
Avqustun 31-də Şəki şəhərində xalq şairi Bəxtiyar Vahabzadənin ev-muzeyinin təntənəli açılış mərasimi keçiriləcək.

Axşam.az-ın məlumatına görə, prezident İlham Əliyev 27 oktyabr 2015-ci il tarixdə “Şəki şəhərində Bəxtiyar Vahabzadənin ev muzeyinin yaradılması və yaşadığı binaya xatirə lövhəsinin vurulması haqqında” sərəncam imzalamışdı.
 
Sərəncamın icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin müvafiq əmrinə əsasən ədibin anadan olduğu Şəki şəhəri Ə.Haqverdiyev küçəsi, 73 ünvanında Bəxtiyar Vahabzadənin ev-muzeyi yaradılıb.

2017-2018-ci illərdə muzeydə təmir, bərpa və bədii tərtibat işləri aparılıb. Muzeyin ekspozisiyası 70 kvadratmetr təşkil edir və 3 otaqdan (inzibati və fond otaqları) ibarətdir. Ekspozisiyada şairin ailəsi tərəfindən təqdim edilmiş müxtəlif sənədlər, kitab, əlyazma, foto və arxiv sənədləri, şəxsi əşyalar – ümumilikdə 735 eksponat nümayiş olunur.