Qohum evliliyi bir kəndi kor etdi - Fotolar

Qohum evliliyi bir kəndi kor etdi - Fotolar
4591 dəfə oxunub
  • A-
  • A
  • A+
Yəmənin Mahat kəndində qohum evliliyi faciəyə gətirib çıxarıb.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, 200 nəfərlik kəndə 70 sakin genetik retina (göz kürəsinin arxa divarını örtən, görmə hüceyrələrindən ibarət ağ təbəqə-torlu qişa) pozulması xəstəliyinə tutulub.

Həkimlər bildirir ki, 70 nəfərin bu cür kor olmasına səbəb qohum evliliyidir. Belə ki, 2015-ci ildən bu yana yalnız qohumlarla evlənməyə üstünülük verən kənddə bu xəstəlik genetik keçir və onun hələ ki, müalicəsi tapılmayıb.