Handedən ayrılıq açıqlaması

Handedən ayrılıq açıqlaması
2265 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, müğənni Murad Dalkılıç və Hande Erçelin ayrılması haqda xəbərlər yayılıb.

Axşam.az “Posta”ya istinadən xəbər verir ki, aktrisa ayrılıqdan sonra ilk dəfə açıqlama verib:

“Həyatımın ən çətin günlərində haqqımda çıxan xəbərlərlə gündəmə gəlmək mənə pis təsir edir. Ona görə də bu açıqlamanı verməyə ehtiyac duydum.

Çətin günlər yaşayırıq və bu yolda sadəcə ailəmlə olmaq istəyirəm. Münasibətimizi sonlandırmağın tək səbəbi budur. Fikrim təkcə anamdadır. Bu günlərin öhdəsindən gələcəyimizi düşünürəm. Sizdən daha diqqətli olmanızı və həssas yanaşmağınızı istəyirəm”.

Qeyd edək ki, ayrılığa səbəb Muradın iki başqa qadınla Handeyə xəyanət etməsi göstərilirdi.