Gülnarə Xəlilovadan 2014-cü ilin dəb proqnozu

Gülnarə Xəlilovadan 2014-cü ilin dəb proqnozu
2226 dəfə oxunub
  • A-
  • A
  • A+
Modelyer Gülnarə Xəlilova 2014-cü ilin dəbindən bəhs edib.

Axşam.az-ın məlumatına görə, “Xəzər” telekanalında yayımlanan “Bizim gün” verilişinə qonaq olan G. Xəlilova bu il rəngarəng libasların aktuallığını vurğulayıb:
 
“2014-cü ildə bütün rəng tonları dəbdədir. Arxa planda qalan rəng yoxdur. Geyimlərdə fərqli naxışlar aktualdır. Bir də, dəri ətəklər dəbdədir. Əsasən həcmi böyük olan libaslar, üst geyimləri diqqət çəkəcək. Uzun və qatlama ətəklər xanımların qarderobunu bəzəyəcək. Saç düzümlərində isə dağınıqlıq birinci sıradadır. Ümumiyyətlə, xanımlarımız bu il eleqant, çox abartılmamış stilə üstünlük verməlidirlər”.