Sənət dostları Amaliya Pənahova haqda: "Əfsanələr ölmür..."

Sənət dostları Amaliya Pənahova haqda:   "Əfsanələr ölmür..."
2232 dəfə oxunub
  • A-
  • A
  • A+
Xəbər verdiyimiz kimi, xalq artisti Amaliya Pənahova vəfat edib.

Axşam.az-ın məlumatına görə, xərçəngdən əziyyət çəkən aktrisanın ölümü onun yaxınları, sevənləri ilə yanaşı sənət dostlarını da kədərləndirib. Onlar sosial şəbəkədə paylaşımlar edərək, A.Pənahovanı xatırlayıblar:

Əməkdar artist Məlahət Abbasova: "Kaş biri çıxıb bu xəbərin yalan olduğunu söyləsəydi. Şokdayam... İnanılmaz üzgünəm. Azərbaycanın yeri doldurulmayacaq, çox dəyərli sənət insanı, teatr sənətinin əfsanəsi, bir çox tamaşalarda bərabər oynadığım, Azərbaycan səhnəsinin "Primadonna"sı Amaliya Pənahova, nur içində yatın. Haqqımı halal edirəm, əfsanələr ölmür. Siz həmişə qəlbimizdə yaşayacaqsınız".

Əməkdar artist Sənubər İsgəndərli: "Gözəl siması, istedadı ilə teatr tarixinə adını yazan sənətkar... Allah sizə rəhmət eləsin, Amaliya xanım".

Əməkdar artist Nərgiz Cəlilova: "Amaliya Pənahova... Böyük sənətkar, səni, yaratdığın obrazları heç bir zaman unutmayacağıq".

Əməkdar artist Mehriban Xanlarova: "Ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, səbr diləyirəm.
Allah rəhmət etsin".