Aygün Kazımova "Primadonna" titulundan imtina etdi

Aygün Kazımova "Primadonna" titulundan imtina etdi
2056 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Rəhim Rəhimli Xalq artisti Aygün Kazımovanı "Primadonna" adlandırıb.

Axşam.az-ın məlumatına görə, Kazımova "ATV maqazin onlarla" verilişində dostunun sözlərinə münasibət bildirib. Aygün deyib ki, o, bu titulu istəmir:

"Eşitdim ki, sual verilib "Primadonna" kim olar? Rəhim də deyib ki, Aygün özü qəbul etməz. Amma Aygünü görürəm. Dostum Rəhim tamamilə haqlıdır. Çünki bizim bir "Primadonna"mız var artıq. O, artıq tarixdədir. Allah ona rəhmət eləsin”.