"İndi Şəbnəmlər, Türkanlar dəbdir" - Elnarədən qalmaqallı sözlər

"İndi Şəbnəmlər, Türkanlar dəbdir" -  Elnarədən qalmaqallı sözlər
2767 dəfə oxunub
  • A-
  • A
  • A+
"ATV maqazin onlarla" verilişinin "Onlarla 3 dəqiqə" rubrikasının qonağı bu dəfə müğənni Elnarə Xəlilova olub.

Axşam.az-ın məlumatına görə, ifaçı rubrikanın aparıcısı Ruslan Ağayevin suallarını cavablandırıb. Xəlilova "Faiq Ağayev, yoxsa Brilliant Dadaşova" sualına "Faiq Ağayev" cavabını verib.

Elnarə zövqlü və zövqsüzlükdən söz açıb. O, heç vaxt bahalı brendlərə pul xərcləmədiyini söyləyib:

"Mənim üçün geyimin marka olması önəmli deyil. Bir neçə dəfə yuyulandan sonra onsuz əyiləcək. Çox pul verə bilmərəm".

Müğənni onu toya çağırmadıqlarından gileylənib:

"Bəlkə elə bilirlər ki, toya getmirəm".

"Bu gün Elnarələr, yoxsa Şəbnəmlər, Türkanlar dəbdədir" sözlərinə qalmaqallı cavab verib:

"Şəbnəmlər, Türkanlar...".

Təyin edilən vaxta qədər suallara cavab verə bilməyən Elnarə alış-veriş mərkəzində gül satıb.