Yarpaq.az işə başladı

Yarpaq.az işə başladı
722 dəfə oxunub
  • A-
  • A
  • A+

"Qaynar-Media"nın təsisçiliyi ilə Yarpaq.Az - Ədəbiyyat və Sənət Portalı fəaliyyətə başlayıb.

Saytın təsisçisi Zahir Əzəmətin Axşam.az-a bildirdiyinə görə, Yarpaq.Az 2007-2016-cı illərdə fəaliyyət göstərən populyar Kultaz.com portalının varisidir:

"Tezliklə Kultaz.com-un arxivi də yeni sayta köçürüləcək. Əvvəlki saytımızda olduğu kimi, Yarpaq.az da kütləvi oxucuya yox, daha ciddi oxuculara və mədəni mühitə xitab edəcək. Sayt Azərbaycan və dünya ədəbi-mədəni yeniliklərini işıqlandırmaqla yanaşı, problematik məsələlərə də yer ayıracaq və müzakirələrə açıq olacaq".