Geyiminə görə muzeyə buraxılmadı - Fotolar

Geyiminə görə muzeyə buraxılmadı - Fotolar
4572 dəfə oxunub
  • A-
  • A
  • A+
Avstraliyalı model Nevşa Syehin geyimi başına bəla olub.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, onu libası üzündən Fransanın ən məşhur Luvre muzeyinə buraxmayıblar.

Bu barədə 25 yaşlı model İnstaqram səhifəsində məlumat verib. O, geyiminin də şəklini paylaşaraq, açıq-saçıq geyinmədiyini bildirib. Təqibçiləri isə onun həmin paltarda fahişələrə bənzədiyini və bu səbəbdən muzeydən qovulduğunu qeyd ediblər.

Məlumata görə, Luvre muzeyinə çimərlik, sinəsi və ayaqları açıq olan insanları buraxmaq qadağandır.