Xalq artisti teatrdakı yeni sistemdən gileyləndi: "Ağsaqqal aktyorlara qol çəkdirirlər"

Xalq artisti teatrdakı yeni sistemdən gileyləndi: "Ağsaqqal aktyorlara qol çəkdirirlər"
1182 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Yasin Qarayev teatrda yeni yaradılan sistemdən narazı olduğunu bildirib.

Axşam.az Milli.az-a istinadən xəbər verir ki, aktyor gileyini bu sözlərlə dilə gətirib:

"Sənətə və sənətkara həmişə diqqət, qayğı olmalıdır. SSRİ xalq artisti, böyük teatrın direktoru Mark Zaxarov Peterburqda xəstə yatan aktyor Leonid Bronevoyun maaşını vaxtı-vaxtında Sankt Peterburq xəstəxanasına göndərib. O, heç bir aktyoru diqqətindən kənar qoymayıb. Bizimkilər isə teatrın girəcəyində dəftər-qələm qoyub, "yarımştat" işləyən ağsaqqal-ağbirçək aktyorlara hər gün qol çəkdirirlər ki, ay aman birdən bu qocalar gedib, qaragünlükləri üçün haradansa beş manat pul qazanarlar".