"Gözümün qabağına pis-pis şeylər gəlir" - Xatirə

"Gözümün qabağına pis-pis şeylər gəlir" -  Xatirə
1863 dəfə oxunub
  • A-
  • A
  • A+

"Heç nəyə həvəsim yoxdur. Havalar belə olanda pis oluram. Adam ancaq yatmaq istəyir, çəkilişlərə getmək istəmirsən. Bir aya düzələcəm".
 
Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Xatirə İslam "Şou news" verilişinə açıqlamasında deyib. Sənətçi tez-tez depressiyaya düşdüyünü söyləyib:

"Hərdən kefim olmur, özümə qapanıram. Bir anlıq kim, sənətçi olduğumu belə unuduram. Yadımdan çıxır ki, sənət dostlarım var, onlara zəng edib danışım. Başım da ağrısa, müsbət enerjili biriyəm. Pozitiv ötürürəm hamıya. Hərdən gözümün qabağına pis-pis şeylər gəlir. Ona görə də depressiyada oluram".