Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva Bakıya gəlib.
Axşam.az-ın məlumatına görə, model sevgilisi, iş adamı Taha Tatlıcını da özü ilə paytaxtımıza gətirib. Günay birlikdə çəkilən görüntülərini İnstaqram səhifəsinin "story" bölümündə yayımlayıb.
Qeyd edək ki, cütlük 3 aydır birlikdədir. Onların münasibəti haqda Türkiyə mediası xəbər yaymışdı. Günay Nyu-York Moda Həftəsi üçün Amerikaya gedərkən də sevgilisi onu tək qoymamışdı.
Xatırladaq ki, Musayeva aktyor Tolqa Karellə ailəli olub. Onun bu nikahdan Cahangir adlı oğlu dünyaya gəlib.