İstirahət günlərinin havası necə olacaq?

İstirahət günlərinin havası necə olacaq?
946 dəfə oxunub
  • A-
  • A
  • A+

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti noyabrın 17-18-də səyahətə çıxanlar üçün hava proqnozunu açıqlayıb.

Departamentdən Axşam.az-a verilən məlumata görə, Böyük və Kiçik Qafqazda gündüz saatlarında hava şəraitinin nisbətən sabit olacağı, əsasən yağmursuz  keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Zəif şərq küləyi üstünlük təşkil edəcək. Havanın temperaturu dağətəyi rayonlarda 8-13, dağlıq rayonlarda 4-9 dərəcə isti təşkil edəcək.

Lənkəran-Astara bölgəsində noyabrın 17-də bəzi yerlərdə arabir yağış yağacağı, noyabrın 18-də havanın əsasən yağmursuz keçəcəyi, dağlıq ərazilərdə arabir duman olacağı  gözlənilir. Havanın maksimal temperaturu 11-14, dağlıq rayonlarda 8-11 dərəcə isti təşkil edəcək.

Aran rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, noyabrın 17-də çiskin olacağı ehtimalı var. Şərq küləyi üstünlük təşkil edəcək. Havanın maksimal temperaturu 12-17 dərəcə isti təşkil edəcək.

Naxçıvan MR-nın hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın maksimal temperaturu 10-15 dərəcə isti təşkil edəcək. 

Paytaxtda isə hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə saatlarında yarımadanın bəzi yerlərində çiskinli olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın maksimal temperaturu 13-16 dərəcə isti təşkil edəcək.