Mandarinin möcüzəvi faydaları

Mandarinin möcüzəvi faydaları
3469 dəfə oxunub
  • A-
  • A
  • A+

Soyuq havaların əvəzolunmaz və sevilən meyvəsi mandarinin faydaları saymaqla bitmir.

Axşam.az vitaminlərlə bol meyvənin sağlamlığınız üçün faydalarını təqdim edir:

Mandarin C vitamini ilə yanaşı, kalsium, kalium, maqnezium, sodyum, dəmir, brom, fosfor kimi minerallar da zəngindir.

İmmunitet sistemini gücləndirir. Qrip və soyuqdəymə kimi qış xəstəliklərindən bədəni qoruyur.

Qanın təmizlənməsinə yardım edir. Ürək xəstəliklərinə qarşı yaxşı qoruyucudur.

Xolesterin və yüksək təzyiqin azaldılması üçün çox faydalıdır.

Həzm sistemini rahatlaşdırır və həzmi asanlaşdırır.

Axşam yeməyindən sonra mandarin yemək yuxusuzluğu aradan qaldırır.

Diabet və ürək-damar xəstəlikləri üçün faydalıdır.

Mədə və bağırsaq florasını təmizləyir. Dırnaqlardakı göbələk yaralarına qarşı bir şəfa təsiri var.

Bədənin itirdiyi enerjini qazanması və yorğunluğun aradan qaldırılmasına kömək edir.

Sinirlərə sakitləşdirici təsir göstərir.

Böyrəklərin yaxşı fəaliyyət göstərməsinə imkan yaradır.

Dərinin sağlamlığına müsbət təsir göstərir və canlanmasına kömək edir.

Mandarin yağı üz dərisindəki sızanaqlara və porus adlandırdığımız məsamələrin açılmasına kömək edir.