Mustafa bir həftədə 3 məşhura yazdı

Mustafa bir həftədə 3 məşhura yazdı
2371 dəfə oxunub
  • A-
  • A
  • A+

Bir neçə gün əvvəl övladları ilə Londona yollanan müğənni Mustafa Sandal son zamanlar gündəmdən düşmür.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, bir həftə içində 3-4 məşhurla adı çəkilən Sandalın məqsədinin nə olduğu sual altındadır.

Bir neçə gün əvvəl model Ceren Hindistana yazdığı mesajlarla gündəmi zəbt edən müğənni sonradan Irmak Ünalla eşq yaşadığını bildirib. Hazırda Londonda olan sənətçinin indi də müğənni Serel Yereli ilə maraqlaması diqqətdən qaçmayıb.

Serel açıqlamasında Mustafa haqda bu sözləri deyib:

“Londona gəlməzdən əvvək mənə yazmışdı. Demişdi ki, görüşüb musiqi, sənət haqda danışaq. Xahiş etmişdi. Məlumdur ki, tanınır. Mən də qəlbini qırmadım və görüşdük”.


Qeyd edək ki, Sandal Emina Yahoviçlə evli idi və cütlüyün bu evlilikdın iki oğlu var.