Mehriban Xanlarova Bişkekdə mükafat aldı - Fotolar

Mehriban Xanlarova Bişkekdə mükafat aldı - Fotolar
1337 dəfə oxunub
  • A-
  • A
  • A+

Akademik Milli Dram Teatrının kollektivi Bişkekdə Çingiz Aytmatovun 90 illik yubileyinə həsr olunan “Aytmatov və teatr” Beynəlxalq Teatr Festivalında iştirak edib.

Axşam.az xəbər verir ki, Azərbaycandan başqa festivala Rusiya, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstan teatrlarının kollektivləri də qatılıb.

Festivalda Əməkdar artist Mehriban Xanlarova Çingiz Aytmatovun “Manqurt” tamaşasındakı Nayman Ana roluna görə “İkinci planda ən yaxşı qadın ifaçısı” mükafatına layiq görülüb.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının festivalda iştirakı Mədəniyyət Nazirliyinin və ölkəmizin Qırğızıstandakı səfirliyinin təşkilatçılığı ilə baş tutub.