Əkiz bacılar Sevil və Sevinc Səfərovalar aparıcılıqdan uzaqlaşdıqdan sonra bir çox həmkarının onlardan uzaqlaşdığını etiraf ediblər.

Axşam.az xəbər verir ki, müğənnilər bu haqda "Hər şey daxil" verilişində qonaq olarkənd eyiblər. Onlar bildiriblər ki, artıq bir çox ifaçı onları itirib-axtarmır:

"Verilişdən ayrılandan sonra toy çox idi. Toylara gedəndə başa düşdüm ki, veriliş, aparıcılıq kürsüsü səni onların gözündə uca edib. Aparıcı deyilsənsə, artıq maraqsızsan. Qərar verdim ki, bir də şou-biznes nümayəndələrinin dəvətinə qatılmayacam.
 
Hər dəfə zəng vurub hal-əhval soruşanlar, bayramlarda təbrik edənlər, artıq yoxdur".



                 

Xəbər lenti