İşləyən xanımlar üçün gözəllik sirləri - Fotolar

İşləyən xanımlar üçün gözəllik sirləri - Fotolar
2063 dəfə oxunub
  • A-
  • A
  • A+
İş həyatı nə qədər cəzbedici görünsə də, zaman-zaman çətin və bəzi şeylərdən vaz keçməyimizə səbəb olur. Amma gözəlliyimiz və baxımlı olmağımız vaz keçdiklərimiz arasında olmamalıdır.

Axşam.az xarici mediaya istinadən bunun üçün sizə bəzi məsləhətlər verir:

1. Dırnaqlarınızda mütləq boya olsun. Vaxtınız yoxdursa, istədiyiniz boyanı dırnağınıza çəkin və tez quruması üçün 30 saniyə soyuq suyun altında saxlayın. Əlləriniz də qurumasın deyə tez-tez nəmləndirici kremlərdən istifadə edə bilərsiniz.



2. Qaşlarınıza fikir verin. Onların bir formada görünməsi üçün karandaşdan istifadə edin.



3. Saçlarınızı axşamlar yuyun və parlaq olması üçün müxtəlif maskalardan istifadə edin. Əgər onlara forma verməyə vaxtınız yoxdursa, hörün, yatın, səhər duranda dalğalı saçınız olacaq.



4. Çalışın saçlarınızı hər gün də olmasa, bir gündən bir yuyun. Çünki siqaret, yemək iyi saçlarınıza hopa bilər.



5. İşdə daha cazibədar görünmək üçün tünd rəngli dodaq boyasından istifadə edin.