Bu da Röyanın "Problemdir sevgimiz"ə çəkdirdiyi klipi
Əməkdar artist Röya Ayxan "Problemdir sevgimiz" adlı mahnısına çəkdirdiyi klipini təqdim edib.
Axşam.az-ın məlumatına görə, bəstənin sözləri Cavid Əhmədov, musiqisi Pərviz Mahmudova məxsusdur.
Röya ekran işinin rejissorluğunu gürcü Zaza Orasşviliyə həvalə edib. Klip ifaçının "Youtube" kanalında yerləşdirilib.