"Mənim yolum hələ indi başlayır" - Aygün Kazımova

"Mənim yolum hələ indi başlayır" - Aygün Kazımova
1927 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, "Altın kelebek" mükafatlandırma mərasimində Azərbaycanı xalq artisti Aygün Kazımova təmsil edib.

Axşam.az-ın məlumatına görə, "İlin qadın müğənnisi" nominasiyasında mükafat sənətçi bununla bağlı paylaşım edib. O, uğurunun hər kəsə aid olduğunu bildirib:

"30 illik səhnə fəaliyyətim ərzində sizlərlə sevindim, sizlərlə güldüm, sizlərlə sevdim, hətta sizlərlə ağladım. Hər zaman ən gözəl və ən çətin günlərimdə məhz sizlərə güvəndim. Uğurlarımızın sırasına daha biri yazıldı. Bu uğur bizim hamımızındır. Yanımda olan və olmayan hər bir azərbaycanlımın. Bütün bunlar üçün ilk olaraq Allahıma, daha sonra ailəmə, dostlarıma və məni Aygün edən milyonlarla sevənlərimə və hətta sevməyənlərimə borcluyam. Bəli, zirvəyə qalxmaq çətindir, amma zirvədə qalmaq daha çətindir. Çünki daha gedəcəyin yol aşağıdır. Mənim yolum isə hələ indi başlayır".

Qeyd edək ki, mükafata nazimədlər arasında Kazımova ilə yanaşı müğənnilər Roza Zərgərli, Dilarə Kazımova, Günay İbrahimli, Aysel Əlizadə, Xatirə İslam, Səmra Rəhimli yer alıblar.